Əliyeva Lalə
60 ₼
Rəssamlıq
10 illik pedoqoji təcrübəyə malik müəllim ilkin bilik səviyyəsindən asılı olmayaraq, təsviri incəsənəti mükəmməl səviyyədə öyrədir. Böyüklər və uşaqlar üçün təcrübəli rəsm (təsviri incəsənət) müəllimi. 5 yaşdan yuxarı və istənilən yaşda olan şagirdlərlə onların bacarıqları və valideynlərin istəklərini nəzərə alaraq çalışır. Hər bir şagird üçün fərdi tədris metodikası hazırlayır. Uşaqlarla oyun elementləri daxilində, məcburiyyətsiz və əyləncəli şəkildə işləməyə üstünlük verir.Rəsm qabiliyyətinin olmadığını düşünən böyüklər üçün xüsusi metodika hazırlayıb və yaradıcılıq potensiallarını üzə çıxarmaq məqsədilə master-klasslar təşkil edir. Müəllimin metodikası sayəsində şagirdlər rəsm texnikalarını asanlıqla mənimsəyir və öz istedadlarını inkişaf etdirirlər.
Təhsili
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, ixtisası Qrafik rəssam
Ünvan
Həzi Aslanov m.st, Gəncə prospekti
Qiymətlər
Əyani qrupda: 60, 90 ₼
Şagirdlərin evində 140 ₼
![]()















