Gülər Səfərova
100 ₼
👩🏫 Müəllimin təhsili
Müəllim Bakı Qızlar Universitetində ibtidai sinif müəllimliyi ixtisası üzrə ali təhsil almışdır.
📚 Tədris etdiyi fənn
İbtidai sinif fənləri: Azərbaycan dili, riyaziyyat, həyat bilgisi, texnologiya, informatika
🧑🏫 Təcrübəsi
Müəllim 2 ildir evdə ibtidai sinif hazırlığı ilə məşğuldur. 240 saylı tam orta məktəbin təcrübə proqramı üzrə təcrübəçi müəllimə olmuşdur.
Dərslərini şagirdyönümlü şəkildə quraraq hər bir şagirdin aktiv iştirakını təmin edir. Mövzuları uşaqlar üçün real həyatdan nümunələrlə izah edir və başa düşmələrini asanlaşdırır. Hər dərsdə sadə praktik tapşırıqlar və qrup işləri təşkil edir ki, şagirdlər öyrəndiklərini tətbiq edə bilsinlər. Şagirdlərin sərbəst fikirlərini ifadə etməsi və müzakirələrdə iştirak etməsi üçün yaradıcı mühit formalaşdırır. Dərsin sonunda mövzunu birlikdə təkrarlayaraq əsas məqamları uşaqların dilindən eşidir.
📍 Əyani dərs ünvanı
Neftçilər metrosu, Elşən Süleymanov küçəsi 137A
💵 Dərs qiymətləri (8 dərs üçün)
➤ Əyani dərslər:
• Fərdi – 100 AZN
• Qrup – 70 AZN
➤ Onlayn dərslər:
• Fərdi – 75 AZN
• Qrup – 55 AZN






